Hələ çox qədimdən Bakı təкcə Qafqazda dеyil, еləcə də Yахın Şərqdə öz
tarixinə görə qədim şəhərlərdən olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu
sayda tarixi-memarlıq abidələri vardır. Bu abidələr şərq və qərb memarlığının
üslublarını özündə yüksək səviyyədə qovuşdurduğundan həmişə cazibədar olmuş,
Bakını dünya memarlığının mərkəzlərindən birinə çevirmişdir. Həmin
tarixi-memarlıq abidələri ilə yaxından tanış olmaq üçün onları sizin
diqqətinizə çatdırırıq.
Bibiheybət məscidi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II
Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi
faktlar yazılan kitabə yerləşir. Klassik şərq üslubunda tikilən əzəmətli
Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdir. Müqəddəs
ayələr mərmər divarlara gözəl xəttatlıq nümunələri ilə həkk olunub.
Multani karvansarası Bakı şəhərinin “İçərişəhər” adlanan tarixi ərazisində
yerləşir. Karvansara “Multani” adını Pakistanın Multan şəhərinin adından
alıb.
Multani karvansarası ənənəvi kompozisiya sxemi üzrə tikilmişdir. Bu cür
karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm rabitə qovşağı, həm də bu
və ya digər regionun birjası olmuşdur.
Nizami adına Ədəbiyyat muzeyinin binası (Keçmiş “Metropol” mehmanxanası)
memar Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında qotik üslubunda
tikilib. 1914-15-ci illərdə memar A.A.Nikitin binanın layihəsində bir sıra
dəyişikliklər etdikdən sonra burada “Metropol” oteli fəaliyyət göstərib.
Tazəbəy hamamı memarlıq binası Bakının mərkəzində yerləşir. Hamam şərq
arxitekturası ilə tikilmiş və interyeri ilə fərqlənir. Ən yüksək zövqə və
tələblərə cavab verən Tazəbəy hamamı hazırda paytaxta gələn qonaqların ən
sevimli istirahət və sağlamlıq ocaqlarından biri hesab edilir.
Bakı Erməni Kilsəsi Bakı şəhərində yaşayan erməni icmasına məxsus olmuş
kilsədir. Binanın memar məşhur rəssam Otto Qustavoviçin qardaşı, Bakı
quberniyasının və şəhərin memarı K.Qippius olub.
Rüstəm Mustafayevin adını daşıyan İncəsənət Muzeyinin binası alman
mühəndisi N.A. fon der Nonne tərəfindən fransız qrafı Debur üçün klassik
üslubda tikilib. Möhtəşəm memarlıq abidəsində dörd bölmədən ibarət olan
İncəsənət Muzeyi fəaliyyət göstərir.
Tacir Hacı Məmmədkərim Ramazanova məxsus olan bu bina milli-romantik
üslubda tikilib. Vaxtilə Ramazanovlar ailəsinin yaşadığı ev sovet hakimiyyəti
dövründə ayrı-ayrı mənzillərə bölünərək əhali arasında paylanılıb.
Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bu bina məşhur xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin yaşayış evi olub. Bina Bakı şəhərinin baş memarı olmuş İ.
V. Qoslavskinin layihəsi əsasında inşa edilib.
Binanın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə
olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı
formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu,
yataq otağı isə modern üslubunda həll olunubdur.
Bakı Lüteran Kilsəsi XIX əsrin ortalarında Bakıda məskunlaşan alman və
isveç əsilli insanların dini ibadəti üçün inşa olunmuşdur. 24 yaşlı alman Adolf
Eyxlerin memarı olduğu bu bina öz dövründə Bakının ən nadir memarlıq inciləri
sırasına daxil olub. O vaxtlar bu binanın tikintisinə Nobel qardaşları da
(Emmanuel Nobel) xüsusi diqqət göstərmişlər.
Tağıyevin qızlar məktəbi binasının layihəsi 1892-1904-cu illərdə Bakının
baş memarı olmuş İ.V.Qoslavskının əməyinin məhsuludur. Bina qotik üslubda
tikilib. O zaman belə bir məktəb nəinki Bakıda və Rusiyada, hətta bütün İslam
aləmində yox idi. Bina 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə
verilib.
1918-1920-ci illərdə isə bu binada Azərbaycan Demokratik Cümhuriyyətinin
Parlamenti yerləşib.
Mitrofanovun Evi adlanan binanın sahibləri neft sənayeçiləri Dimtri
Mitrofanov və Maysey Mixaylov olub. Həştərxandan olan D.Mitrofanov binanı şəxsi
ev kimi tikdirib. Binanın memarı İoan Edel olub və fransiz neorenesansın
klassik üslubunda tikilib. ADR-nın dövründə binada Fransa Səfirliyi
yerləşib.
Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın memarı milliyətcə polyak
olan İ.V.Qoslavski binanın inşasında barokko motivlərindən istifadə edib.
Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli
mərmər gətirilib.
Memar klassik kompozisiya sxeminə riayət edərək, dumanın binasını simmetrik
tikib. Binada Bakı şəhərinin gerbi bugünədək qorunub saxlanılır.
“Əlibəyovların evi” adlanan bina klassik-estetik üslubda tikilib.
Əlibəyovların evini rus memarı Nikolay Prakopev layihələndirib. Bina XX əsrin
əvvəllərində inşa edilib.
Aşurbəyovlar ailəsinə məxsus binanı Bakı milyonçusu Teymurbəy Aşurbəyov
oğlu Balabəyə toy hədiyyəsi kimi tikdirib. Borokko üslubda tikilən bina memar
İ.V.Qoslavskinin son işi olub.
Təzəpir məscidi bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən
tikilidir. Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab
olunur. Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Məscid Nabat
Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında
tikilib.
İsmailiyyə binasını Bakı milyonçusu Musa Nağıyev dünyadan erkən köçən oğlu
İsmayılın xatirəsinə tikdirib. Venesiya qotikası üslubunda inşa etdirilmiş
sarayın memarı ployak İ. K. Ploşkodur. Azərbaycanın müstəqillik ideyaları ilk
dəfə məhz bu binada səslənib. 1918-ci ilin mart hadisələrində isə bina
ermənilər tərəfindən yandırılıb.
Azərbaycan Dövlət Kukla Teatrının binası barokko üslubunda tikilib. Bu
tarixi binanın memarı İ. K.Ploşko olub. Bakıda ilk dəfə ictimai yerdə
vintelyasiya sistemi bu binada tərbiq olunub. Bina kinoteatr kimi tikilib və
“Fenomen” sinematoqrafı adı altında fəaliyyətə başlayıb. 1980-ci ildə bina
Kukla Teatrına verilib.
Akademik Opera və Balet Teatrını memar N.Q.Bayev layihələndirmişdir. Binanı
Bakı milyonçusu Mayılov xüsusi olaraq opera teatrı üçün tikdirib. On ay
müddətinə hazır olmuş bina qotik üslubda inşa edilmiş və Mayılov
qardaşlarının teatrı da adlanıb. 1959-cu ildən bina Akademik Opera və Balet
Teatrı adlanır.
Azərbaycan Dövlət Filarmoniyasının binası “İctimai toplantıların binası”
(“İctimai iclasların yay evi”) proyekti kimi inşa edilib. Binanın memarlıq
dizaynı Monte-Karlodakı məşhur kazinonun dizaynına uyğun hazırlanmışdır.
20. SƏADƏT SARAYI
(1911-1912)
Səadət Sarayı (Murtuza Muxtarovun evi) milyonçu Murtuza Muxtarovun yəhudi
mənşəli həyat yoldaşı Liza üçün inşa etdirdiyi saraydır. Fransız qotik
üslubunda tikilən sarayın layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur.
Tikilinin tarixçəsi haqqında təkcə Rusiya mətbuatında indiyədək 50-dək material
çap edilib.
İsa Bəy Hacınskinin binası Bakı milyonçulardan biri ilə mərc nəticəsində 3
ay ərzində tikdirib. Adı bilinməyən məşhur italyan memarı binanı qotik, barokko
və modern üslublardan istifadə edərək inşa edib. Bu buna Bakıda klassik üslubda
ilk hündür binalardan biridir.
Bakı Kommersiya məktəbi memar Q.M.Ter-Mikelovun layihəsi əsasında tikilib.
Burada texniki elmlər, ticarət, maliyyə və s. tədris edilib.
Bu bina indi də tədris müəssisəsi kimi fəaliyyət göstərir.
“Hökümət Evi” saray tipli tarixi binadır. Saray qotik memarlıq üslubunda
inşa edilib. Binanın inşasında istifadə edilən tikinti materiallarının bir
hissəsi xaricdən gətirilib. Binanın memarları Lev Rudnev və Vladimir Munts
olub.
“Beşmərtəbə” Bakıda tikilən ilk müasir tipli beş mərtəbəli binadır. Bu bina
Bakının mərkəzində - “Füzuli” meydanında, Cəfər Cabbarlı küçəsi ilə
Füzuli küçəsinin kəsişməsində yerləşir. Binanın yerləşdiyi həmin ərazi bu günə
qədər “Beşmərtəbə” adı ilə tanınır.
25. MUZEY MƏRKƏZİ (1960)
Muzey Mərkəzinin binası Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında
tikilib. Bu binada aşağıdakı muzeylər yerləşir:
- Azərbaycan xalçası və xalq
tətbiqi sənəti Dövlət Muzeyi
- C.Cabbarlı adına
Azərbaycan Dövlət Teatr Muzeyi
- Azərbaycan İstiqlal Muzeyi
- Azərbaycan Dövlət Din
Tarixi Muzeyi
Modern memarlıq quruluşunda tikilən sarayın memarları Vadim Şulqin, Eduard
Melxisedekov, Vitali Faynşteyn olub. Saray yüksək dövlət və mədəniyyət
tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Saray 10 mart 2004-cü ildən
Heydər Əliyev Sarayı adlanır.
Gülüstan Sarayı modern üslubda tikilib. Dəqiq həndəsi siluetli, orijinal,
yaxşı yadda qalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu
binanın memarları Hafiz Əmirxanov və Nazim Hacıbəyovdur. Azərbaycan milli
memarlığı üçün ənənəvi olan motivlərdən yaradıcılıqla istifadə edən memarlar
binanın təsirliyinə, işıq və kölgə effektinə nail olmuşlar.
28. “NİZAMİ” KİNO MƏRKƏZİ
(1930-1934)
“Nizami” Kino Mərkəzi klassik üslubda tikilmişdir. Binanın memarı Mikayıl
Hüseynov və S.Dadaşovdur. Bakı şəhərində ən böyük kinoteatr sistemidir. İlk
dövrlərdə bu sənət ocağı “Bədaye” kinoteatrı adı altında fəaliyyət
göstərmişdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiq Akademiyasının binasının özülü klassik üslubda
tikilib. Bina sonradan əsaslı təmir olunduqda onun memarı Mikayıl Hüseynov
olub.
Prezident Sarayı mərmər və qranit üzlüklü onikimərtəbəli müasir üslubda
tikilən binadır. Modern üslubda tikilən bina Fuad Orucovun (layihənin rəhbəri),
Tahir Allahverdiyevin (memar) və Mədət Xələfovun (konstruktor) layihəsi
əsasında tikilmişdir. Prezident Sarayının əsas memarlıq xüsusuiyyəti sadəlik və
möhtəşəmlikdir.
Bina müasir və klassik üslubun sintezində tikilmişdir. Memarlıq baxımından
tarixi abidə kimi qiymətləndirilən binanın layihəsini Mikayıl Hüseynov
vermişdir. Bina xüsusi olara Azərbaycan Milli Kitabxanasının binası kimi inşa
edilib. Qafqazda ən iri kitabxana binası kimi tanınır.
Bina 1969-cu ildə inşa edilmiş, 1988-ci ildə memar Sənan Salamzadənin
layihəsinə əsasən yenidən qurulmuşdur. Binanın fasadı spayder sistemli şüşə ilə
örtülmüşdür.
33. AZƏRBAYCAN DÖVLƏT MUSİQİLİ
KOMEDİYA TEATRI (1883)
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı özünün taxıl anbarının özülü
üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə
dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı
ilin avqustuna qədər bu binada fəaliyyət göstərib. El arasında da “Şəhər
teatrı” ifadəsi işlənib.
34. TAĞIYEV PASAJI (1898)
Köhnə univermaq kimi tanınan, hazırda ticarət mərkəzi (yeni BUM) kimi
fəaliyyət göstərən ikimərtəbəli böyük binadır. H.Z. Tağıyev tərəfindən
tikdirilib. Klassik üslubda tikilən binada kiçik tamaşa salonu da olub.
Gənclər meydanında Qoşa qala qapısına yaxın olan bina milyonçu Hacıbaba
Haşımovun evi olub. Klassik üslubda tikilən bina fasaddan dörd mərtəbəlidir.
Tamaşa salonu üçüncü qatdadır. Sovetlər dönəmində “Siyasi Maarif Evi”
adlanırdı.
“Landmark-Baku”nun yerləşdiyi bina Bakı şəhərində Azadlıq prospekti ilə
Nizami küçəsinin kəsişməsində yerləşir. Bina 1909-cu ildə klassik üslubda tikilib.
Bu bina keçmiş “Bakı I Realnı Məktəbi”nin binası olub. Binanı milyonçu Musa
Nağıyev tikdirib. Hazırda bina Azərbaycan Dövlət İqtisad Universitetinin əsas
binasıdır. Klassik üslubda tikilmiş binada bir-neçə dəfə təmir-bərpa işləri
aparılmışdır.
Dövlət Neft Şirkətinin yerləşdiyi bina Bakı şəhərindəki qədim tikililər
arasında öz əzəməti və gözəlliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Binanın
layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub. Fransa intibah üslubunda
inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf
tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda
çox mühüm əhəmiyyət daşıyırdı.
39. MİLLİ ELMLƏR
AKADEMİYASI (XX əsrin 60-cı illəri)
Azərbaycan Milli Elmlər Akademiyasını və onun elmi-tədqiqat institutlarının
böyük bir hissəsi keçən əsrin 60-cı illərində memar Mikayıl Hüseynovun layihəsi
əsasında tikilmişdir. Binalar klassik memarlıq xüsusiyyətləri ilə modern
memarlıq üslubunu özündə birləşdirib.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
binasını Bakı milyonçusu Musa Nağıyev tikdirib. Bina klassik üslubda tikilmişdir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
klassik və modern üslubda tiklimişdir. Bina xüsusi olaraq teatr binası
kimi inşa edilmişdir. Binanın memarları Q.Elizade M.Memmedov olmuşdur.